Türkiyə Super Liqasının XII turunda "Fənərbağça" doğma meydanda "Sivasspor"la qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, İstanbul klubu rəqibini 4:1 hesabı ilə məğlub edib. Qarşılaşmaya kəskin hücumlarla başlayan "Fənərbağça" 31-ci dəqiqədə Nabil Dirarın qolu ilə hesabda önə keçib.
Rəqib 47-ci dəqiqəqdə Tievi Bifumanın qolu ilə hesabı bərabərləşdisə də, 61 -ci dəqiqədə oyuna girən Roberto Soldado 61, 77 və 81 dəqiqələrdə vurduğu qollarla komandasına qələbə qazandırıb.
Qeyd edək ki, "Fənərbağça" bu qalibiyyətdən sonra xallarının sayını 20-yə çatdırıb və 5-ci pilləyə yüksəlib. "Sivasspor" isə 19 xalla 6-cı yerdədir.