1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mourinyo qapıçının başına su qabı çırpdı
İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Joze Mourinyo "Mançester Siti"nin qapıçısı Edersonla dalaşıb.
Sportnet.az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, hadisə iki komanda arasında keçirilmiş İngiltərə Premyer Liqasının XVI tur matçından sonra baş verib. "Şəhərlilər"in 2:1 hesablı qələbəni çılğınlıqla qeyd eləmələri Mourinyonun xoşuna gəlməyib. Portuqaliyalı mütəxəssis qonaq komandanın paltardəyişmə otağına yaxınlaşaraq, onları sakitləşdirmək istəyib. Lakin onun cəhdi Edersonla söz savaşına səbəb olub. Bu zaman Mourinyo əsəblərinə hakim ola bilməyib və braziliyalı qolkiperin başına plastik qab çırpıb.
Toqquşma nəticəsində "Mançester Siti"nin köməkçi-məşqçisi Mikel Arteta da zərər çəkib. Onun qaşı açılıb.
Qeyd edək ki, səfər qələbəsi sayəsində lider "Mançester Siti" xallarını 46-ya çatdıraraq, ikinci pillədəki "Mançester Yunayted"dən 11 xal aralanıb.