
İngiltərə Premyer Liqasının açılış matçında "Kristal Palas" səfərdə "Lester Siti" ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 19-cu dəqiqəsində Kristian Benteke hesabı açıb. Hücumçu bu mövsüm çempionatda ilk qoluna imza atıb.
Qarşılaşmanın 40-cı dəqiqəsində Benteke məhsuldar ötürmə ilə yadda qalıb. Belçikalı hücumçu cərimə meydançasına ötürmə edib və Vilfred Zaha fərqi iki qopa çatdırıb. Görüşün 88-ci dəqiqəsində Bakari Sako sonuncu qolu vurub.