
"Milan" İtaliya A Seriyasının XVII turunda keçirdiyi səfər qarşılaşmasında "Verona"ya böyük hesabla uduzub. Sportnet.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Antonio Karaççolo, Moyze Kin və Daniel Besa fərqlənib.
"Verona" bu qələbə sayəsində turnir cədvəlindəki təhlükəli zonadan uzaqlaşıb və hazırda 13 xalla 17-ci yerdədir. 24 xala malik "Milan" isə 7-ci pillədə qalıb.