"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun İngiltərənin paytaxtı Londona səfəri ilə bağlı məlumat yayılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi "Çelsi"nin "Sauthempton"la oyununu izləyib. Dünən isə klubun akademiyasında olan Qurban Qurbanov "Çelsi"nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarına baxıb və akademiyanın strukturu ilə tanış olub.
Bu gün "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə görüşən 45 yaşlı mütəxəssis həmkarı ilə fikir mübadiləsi aparıb və komandanın məşqində iştirak edib.