1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin hücumçusu klubundan kənarlaşdırıldı
Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Türkiyənin "Bursaspor” klubunun əsas komandasının məşqlərindən kənarlaşdırılıb.
Sportnet.az xəbər verir ki, 29 yaşlı hücumçu Super Liqanın XVII turu çərçivəsində "Gənclərbirliyi” ilə ev oyununun hazırlıqlarında iştirak etmir.
Bununla bağlı qərarı baş məşqçi Pol Le Quen verib. Fransalı mütəxəssis Yılmazın əsas komandanın tələblərinə cavab vermədiyini əsas gətirərək belə bir addım atıb. O, hazırda fərdi qaydada məşq edir.
Klub rəhbərliyi illik maaşı 1 milyon 640 min lirə (təqribən 774 min manat) olan futbolçu ilə qış fasiləsində yollarını ayırmağı düşünür.
Qeyd edək ki, Deniz Yılmaz ötən mövsüm də əmək haqqını tələnb etdiyi üçün heyətdən kənarlaşdırılıb. Yığma üzvü bir neçə gün öncə də "Bursaspor" klubundan 1 milyon lirə (təqribən 472 min manat) borcunu hədə yolu ilə alıb. O, ödəmə olmayacağı təqdirdə FİFA-ya şikayət edəcəyini söyləyib.