
İngiltərə Premyer Liqasında XIX turun açılış matçı "Arsenal" və "Liverpul" komandaları arasında keçirilib Londondakı "Emirates" stadionunda baş tutmuş qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Meydan sahibləri Filippe Koutinyonun 26-cı, Məhəmməd Salahın isə 52-ci dəqiqədə vurduğu qollarla 0:2 hesabı ilə geri düşmələrinə baxmayaraq, 6 dəqiqə ərzində 3 qolla önə çıxmağı bacarıblar. 53-cü dəqiqədə Aleksis Sançes, 56-cı dəqiqədə Qranit Caka, 58-ci dəqiqədə isə Məsut Özil fərqlənib. "Liverpul"u 71-ci dəqiqədə Roberto Firmino məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra "Liverpul" 35 xalla 4-cü, "Arsenal" 34 xalla 5-ci pillədə qalıb.