
Portuqaliyanın "Boavişta" klubunun hücumçusu Edu Ferreyra 20 yaşında dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Futbolçuda onkoloji xəstəlik 2016-cı ilin noyabrında, Ferreyra "Boavişta" ilə müqavilə bağladıqdan bir neçə ay sonra aşkar olunub. O, ölkənin əsas liqasında oynayan klubda bir oyun belə keçirməyib.
Qeyd edək ki, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev 2016–2017 mövsümündə "Boavişta"da çıxış edib.