
Türkiyənin "Beşiktaş" klubu Portuqaliyanın "Benfika" klubunda heyətə düşməkdə çətinlik çəkən Rafa Silva ilə maraqlanır.
Sportnet.az-ın "Fanatik"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi 10 milyon qiyməti olan futbolçunu icarə əsasında komandaya cəlb etmək istəyir. "Qara qartal" portuqaliyalı üçün yanvarda klubuna təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, 24 yaşlı cinah oyunçusunun komandanın baş məşqçisi Rui Vitoria ilə münasiblərinin yaxşı olmadığı deyilir.