
"Zirə"nin sabiq futbolçusu Migel Lorensonun yeni klubu müəyyənləşib.
Sportnet.az-ın "futboldelujo.com"a istinadən veridiyi məlumata görə, 25 yaşlı müdafiəçi Portuqaliya 2-ci liqa təmsilçisi "Uniao da Madeyra"da çıxış edəcək.
Qeyd edək ki, Migel Lorenso 2016-2017 mövsümündə "Zirə"də çıxış edib. O, milli komandasının aşağı yaş qruplarında da forma geyinib.