1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" daha bir futbolçusundan qurtulur - RƏSMİ
Şotlandiyanın "Reyncers" klubu Endi Hallideyin icarə müqaviləsinin pozulması məqsədilə "Qəbələ" ilə danışıqlara başlayıb. Sportnet.az-ın "Sunday Mail"ə istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin "qırmızı-qaralar"la 1 illik anlaşmasına vaxtından əvvəl xitam verilməsi gündəmdədir.
Onun Qlazqo komandasına qayıtmasını yeni baş məşqçi Qrem Marti istəyir. Hallidey Pedru Kayşinyanın komandaya rəhbərlik etdiyi vaxt icarəyə verilib. "Qəbələ" böyük ümidlərlə heyətə cəlb etdiyi futbolçudan cəmi 7 matçda faydalana bilib. Bu səbəbdən, Azərbaycan təmsilçisinin "Reyncers"in istəyini müsbət cavablandıracağı gözlənilir.
"Qəbələ"nin baş meneceri Zaur Əzizov isə Sportnet.az-a açıqlamasında belə bir variantın mümkünlüyünü təsdiqləyib. Əzizov tezliklə bu barədə rəsmi açıqlamanın veriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, "Qəbələ" daha əvvəl qapıçı Aqil Məmmədovla vidalaşıb. Məmmədov "Neftçi" ilə müqavilə bağlayıb.