1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Futbolla bağlı arzularımdan da biri milliyə dəvət almaqdır"
"Əsas xoşbəxtlik və cansağlıdı. Həmyerlilərimə ilk növbədə bunu arzulayıram".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev Gəncə klubunun rəsmi saytında komandanın futbolçuları əlamətdar bayramlarda xalqımıza, eləcə də özlərinə nə arzulayırlar? sualını cavablandırarkən deyib.
"Təbii ki, biz oyunçuların əsas arzusu çıxış etdiyim "Kəpəz” ilə bağlıdı. Hər bir futbolçu komandasına uğur qazandırmaq istəyir. Düzdü, indiki halda bizim medal əldə etməyimiz imkansız görünür. Amma ən azından çempionatda bizə yaraşmayan yerdən xilas olmaq üçün gücümüzü birləşdirməliyik. İnşallah, bu mövsüm olmasa da, gələn çempionat daha yaxşı şəkildə çıxış edib arzumuzu reallaşdırarıq. Mənim futbolla bağlı arzularımdan da biri milliyə dəvət almaqdır. Hər bir futbolçu bunu arzulamamış olmaz. Müxtəlif yaş qrupları üzrə yığmalarda oynamışam. İndi əsas millidə oynamağın vaxtı çatıb. Mənim oynayıb-oynamamağımdan asılı olmayaraq, yığma komandamıza uğurlar arzulayıram. Şəxsi planda isə gələn il ailə həyatı qurmağı planlaşdırıram. Məncə, artıq evlənməyin, subaylığa əlvida deməyin zamanıdı”.