017-2018-ci illər mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan "Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” Çexiyanın "Bohemians” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Antalyanın "Gloria Sports Arena” meydançasında baş tutub. Baş məşqçi Roman Qriqorçuk görüşdə aşağıdakı start "11-liy”inə şans verib: Dmitri Bezotosnı, Qismət Alıyev, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Asif Məmmədov, Dion Malon, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Famussa Kone.
Qarşılıqlı hücumlar şəraitində keçən görüş məhsuldar alınıb. Hesabı ilk yarıda çexiyalılar açıb. Praqa təmsilçisinin estoniyalı futbolçusu Siim Luts qol sevinci yaşayıb. İkinci hissədə və oyunun gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. "Qırmızı-qaralar”da Aqil Məmmədov, Elvin Camalov, İlqar Qurbanov, Rasim Ramaldanov, Elvin Məmmədov, Hacıağa Hacılı, Təmkin Xəlilzadə, Yusif Nəbiyev və Faiq Hacıyev komanda yoldaşlarını əvəzləyib. Fasilədən az sonra "Qəbələ” hesabda tarazlıq yaradıb. Hacıağa Hacılı rəqib qapısına yol tapıb. Hissənin ortalarında fəallığı artıran çexiyalılar ardıcıl iki qol vurub. Öncə Yakub Neças, ardınca Martin Haşek fərqlənib.
Beləliklə, "Qəbələ”nin təlim-məşq toplanışındakı 5-ci oyununda 4 qol vurulub – 1:3.
Xatırladaq ki, bunadək "Qəbələ” Türkiyənin "Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin "Sürix” (0:1), Makedoniyanın "Rabotniçki” (2:1) və Rusiyanın "Arsenal” (3:3) klubları ilə üz-üzə gəlib.
Yoxlama oyunu
18:00. "Qəbələ” (Azərbaycan) – "Bohemians” (Çexiya) 1:3
Qol: Hacıağa Hacılı
Gloria Sports Arena
Qəbələnin start heyəti: Dmitri Bezotosnı, Qismat Alıyev, Vajislav Stankoviç, Vitali Vernidub, Urfan Abbasov, Asif Məmmədov, Dion Malon, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Famussa Kone