
İyunun 9-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Latviya yığması ardıcıl dördüncü dəfə Baltika Kubokunun qalibi olub.
Sportnet.az xəbər verir ki, Miksu Paatelaynenin rəhbərlik etdiyi kollektiv səfərdə Litva yığması ilə görüşdə 1:1 hesablı heç-heçə sayəsində buna nail olub. Matçda hesabı 46-cı dəqiqədə latviyalı futbolçu Kaspar Dubra açıb. Qarşılaşmanın 86-cı dəqiqəsində isə Karolis Laukzemis bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, Baltika Kubokunun digər oyunlarında Latviya Estoniyanı evdə 1:0 hesabı ilə məğlub edib. Litva isə səfərdə estoniyalılara 2 cavabsız qolla uduzub. Riqadakı "Dauqava" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.