17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının növbəti seçmə oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Norveç olub. Qarşılaşma skandinaviyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Görüşü ispaniyalı referi Zulema Qonsales Qonsales idarə edib. Ona həmyerlisi Eliana Fernandes Qonsales və Farer adalarından olan Hentse Petur Pall Vinter ilə Rani Andrasson Skaalum yardımçı olublar.
Qeyd edək ki, Azərbaycan millisi Farer adalarında təşkil olunan 5-ci seçmə qrupdakı ilk matçında Sloveniyaya böyük hesabla uduzub - 0:6.