
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubu Avropa Liqasının qrup mərhələsini dəf edə bilməyib.
Sportnet.az-ın məlumatına görə, I qrupunda yer alan Paşayevin komandası Almaniya "Volfsburq"u ilə V tur matçında məğlubiyyətlə üzləşib - 0:1. Lvovdakı eyniadlı arenada keçirilmiş matçda yeganə qol 45+1-ci dəqiqədə vurulub. Baş hakimin təyin etdiyi penaltini Vaut Veghorst dəqiq yerinə yetirib. Referinin qərarına etiraz edən Paşayev isə sarı vərəqə alıb.
Nəticədə "Volfsburq" xallarını 8-ə çatdırıb və 9 xala malik Belçika "Gent"i ilə birgə 1/16 finala yüksəlib. 3 xalla sonuncu pillədə olan "Aleksandriya" və 4 xala malik Fransa "Sent-Etyen"i isə son turun nəticəsindən asılı olmayaraq, qrupda qalıb.