Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəddən 5-nin adı məlum olub.
Sportnet.az xəbər verir ki, bu, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun keçirdiyi mətbuat konfransı zamanı üzə çıxıb. E.Məmmədov namizədlər barədə bilgilərin əks olunduğu vərəqləri nümayiş etdirdiyi vaxt İTV namizəd baş məşqçilərdən bəzilərini lentə alınıb. Onların adlarını isə telekanalın əməkdaşı Tural Dadaşov açıqlayıb. Həmin mütəxəssislərdən 3-ü italiyalı Canni Di Byazi, Luici Di Byaco və Çezare Prandelli, qalanları isə belaruslu Oleq Kononovla xorvatiyalı Branko İvankoviçdir.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi bütün namizədlərin qısa siyahısını növbəti iclasında müzakirə etdikdən sonra yeni baş məşqçini təyin edəcək.