İtaliya milli komandasının sabiq futbolçusu Kristian Vyeri seksual həyatından danışıb.
Sportnet.az-ın məlumatına görə, ötənlərin məşhur hücumçusu "Marca"ya açıqlamasında qadınlarla bir çox əhvalatların qəhrəmanı olduğunu bildirib. "Bombardmançı" ləqəbli forvard belə söz-söhbətlərdən çox az hissəsini uydurma kimi dəyərləndirərək, etiraf edib ki, oxuduqlarının demək olar, hamısını həqiqətdir: "Kino və televiziyalarda gördüyünüz bir çox xanımla Bombardmançı arasında nə isə olub. 18 yaşıma girdikdən sonra özümü saxladığım çox az günüm olub. Əvvəllər bir, hətta açığı, iki-üç qadından mənimlə vaxt keçirmələrini müntəzəm xahiş edirdim. Biz sadəcə, hansısa məkana çəkilirdik və mən Bombardmançı kimi hərəkət edirdim".
Vyeri görüşdükləri xanımlardan yalnız italiyalı model, televiziya aparıcısı və aktrisa Elizabetta Kanalisi çox sevdiyini vurğulayıb: "O, həyatımda yeganə böyük məhəbbətim, yeganə xatırlanmağa layiq şəxs idi".
Qeyd edək ki, Kristian Vyeri karyerası ərzində yalnız "İnter"də uzun müddət (1999 - 2005) forma geyinib. Qalan komandalarda o, ən yaxşı halda bir il çıxış edib. Vyeri futbolla 2009-cu ildə vidalaşıb.