Lüksemburq "Düdelanj"ı baş məşqçisi Bertran Krassonla vidalaşır.
Sportnet.az "La Dernière Heure" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 49 yaşlı beçlikalı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib.
Klubun liqadakı uğursuzluğa görə bu addımı atdığı ehtimal olunur. "Düdelanj" hazırda koronavirus pandemiyasına görə dayandırılan çempionatda 17 oyundan sonra 26 xalla 5-ci sıradadır. Komanda Avropa Liqası zonasından 7 xal geridədir.
Qeyd edək ki, "Düdelanj" bu mövsüm Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. Ağdam komandası səfərdə 4:1 hesabı ilə qalib gəlib, Bakıdakı görüş isə heç-heçə ilə yekunlaşıb - 1:1. Azərbaycan təmsilçisi A qrupunu 5 xalla 3-cü, Lüksemburq klubu isə 4 xalla 4-cü sırada bitirib.