Belarus I liqasında 4-cü turunun "Qomel" - "Arsenal" oyunu təxirə salınıb.
Sportnet.az-ın yerli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, buna qonaq komandanın futbolçularından birində koronavirus infeksiyasının aşkarlanması səbəb olub.
Mayın 10-da keçirilməli olan qarşılaşmanın yeni tarixi barədə açıqlama verilməyib.
Qeyd edək ki, koronavirus pandemiyasına baxmayaraq, Belarus hazırda çempionatı davam edək yeganə Avropa ölkəsidir.