Azərbaycan Premyer Liqasında çıxış edən klublar AFFA-nın futbolçu və məşqçilərin koronavirus testindən keçirilməsi barədə tövsiyəsinə müsbət cavab vetib.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqa təmsilçiləri Klublar Komitəsinin videokonfrans formatında iclasında bu məsələ ilə bağlı prosesə başladıqlarını və bunun davam etdiyini bildiriblər.
AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün bütün klublara AFFA tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.
Qeyd edək ki, AFFA klublara futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib. Klublar çempionatın bərpası ilə bağlı razılığa gəlib.