Belarusun "İsloç" klubunun bir neçə üzvü koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə yüksək liqa təmsilçisinin hücumçusu Momo Yansane şəxsi "Twitter" səhifəsində yazıb.
Qvineyalı futbolçu bildirib ki, bununla bağlı bir neçə günlük karantin müddəti tətbiq olunmalıdır: "Onlara möhkəm can sağlığı arzulayıram. İstərdim ki, oyunlara davam etməzdən əvvəl müəyyən təhlükəsizlik tədbirləri görülsün".
Qeyd edək ki, Belarusda daha əvvəl "Arsenal" klubunun futbolçusunda koronavirus aşkarlanıb, 2 oyun isə bu səbəbdən təxirə salınıb.