"Neftçi” Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq 3 gündür məşq edən komanda hazırlıq çərçivəsində yoxlama oyunları keçirəcək.
"Ağ-qaralar” iyunun 9-u saat 18:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə "Keşlə”, iyunun 14-ü saat 20:00-da isə "Bakcell Arena”da "Qəbələ” ilə qarşılaşacaq.
Qeyd edək ki, "Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.