
İspaniya "Atletiko"sunda çıxış edən Kiran Trippyerin İngiltərənin "Mançester Yunayted" klubuna keçidi baş tutmayıb.
Sportnet.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, buna 29 yaşlı müdafiəçinin İngiltərə Futbol Assosiasiyası tərəfindən 10 həftəlik cəzalandırılması səbəb olub.
İngiltərəli oyunçu mərc oyunlarına pul qoyuluşu etməkdə günahlandırılır. "Mançester Yunayted" Trippierlə müqavilə imzalamaq istəsə də, artıq danışıqları dayandırıb.
Qeyd edək ki, Kiran Trippyer 2019-cu ildən "Atletiko"da çıxış edir.