İngiltərənin "Arsenal" klubunun futbolçusu Qabriel Maqalyaynsın koronavirus testi müsbət çıxıb. Sportnet.az-ın "topçular"ın rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi özünü təcrid edib.
Digər oyunçulara gəldikdə, Tomas Partey zədədən bərpa prosesini davam etdirir, David Luis və Villian isə dekabrın 31-də kollektiv məşqlərə qoşulacaq.
Daha əvvəl COVID-19 üzündən Premyer Liqada XVI turun "Everton" - "Mançester Siti" matçı təxirə salınıb.
Qeyd edək ki, "Arsenal" bu gün "Brayton"un qonağı olacaq. Hazırda "kanonirlər" 15 oyundan 17 xalla 15-ci yerdə qərarlaşıb.