İngiltərənin "Sautgempton" komandasının baş məşqçisi Ralf Hazenhyuttl özünü təcrid edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ailə üzvlərindən birində koronavirus aşkarlandığı üçün karantinə yollanan avstriyalı mütəxəssis Premyer Liqanın XVI turunun "Vest Hem"lə oyununda texniki zonada yer almayacaq.
Buna baxmayaraq, 53 yaşlı mütəxəssis qarşılaşma zamanı komandasını evdən idarə edəcək, köməkçiləri ilə daim əlaqədə olacaq.
Qeyd edək ki, "Sautgempton" - "Vest Hem" oyunu bu gün keçiriləcək.