İngiltərə Premyer Liqasının XVI turunda bu gün keçirilməli olan "Tottenhem" - "Fulhem" oyunu təxirə salınıb.
Sportnet.az "The Atletic" nəşrinə istinadən xəbər verir ki, qonaq komandanın heyətində koronavirusa yoluxma halları aşkarlandığı üçün matçın oynanılmaması qərara alınıb.
Qarşılaşmanın yeni tarixi barədə məlumat verilməyib.
Qeyd edək ki, daha əvvəl bu turun "Everton" - "Mançester Siti" görüşü eyni səbəbdən təxirə salınıb.