"Qalatasaray" komandası Türkiyə Super Liqasının XVII tur matçında məğlub olub.
Sportnet.az-ın məlumatına görə, "sarı-qırmızılar" səfərdə “Konyaspor”a 3:4 hesabı ilə uduzub.
Meydan sahiblərinin qollarından 2-ni Erdon Daçi 41-ci və 46-cı dəqiqələrdə keçirib. 82-ci dəqiqədə Uğur Demirok penaltini dəqiq yerinə yetirib, Artyom Kravets 90+5-ci dəqiqədə 4-cü qolu vurub.
"Cim-Bom"a gəldikdə, Mbaye Diane dubl edib. O, ilk qolunu 45+2-ci dəqiqədə vurub. 76-cı dəqiqədə isə Diaqnenin yerinə yetirdiyi penaltini "Konyaspor"un qapıçısı, əvvəllər "Qarabağ"da çıxış etmiş İbrahim Şehiç qaytarıb. Lakin həmin vaxt onun ayaqlarının qapı xətti üzərində olmadığını əsas gətirən referi Arda Kardeşler penaltini təkrarladıb. Diaqne bu dəfə dəqiq olub. Oğulcan Çağlayan isə 90+5-ci dəqiqədə komandasının təsəlli qolunu vurub.
Bu nəticələrdən sonra "Qalatasaray" 30 xalla 4-cü, "Konyaspor" 22 xalla 8-ci pillədə qərarlaşıb.