İspaniya La Liqasının XVIII turunun "Atletiko" - "Atletik" oyunu təxirə salınıb.
Sportnet.az xəbər verir ki, buna paytaxt Madriddəki əlverişsiz hava şəraiti səbəb olub.
Ötən gecədən yağan güclü qar matçın keçiriləcəyi "Vanda Metropolitano" stadionunun ot örtüyünü yararsız hala salıb.
Qeyd edək ki, bu günə planlaşdırılan qarşılaşmanın yeni tarixi barədə yaxın günlərdə məlumat veriləcək.