Mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirən "Qəbələ" klubu toplanışın 5-ci gününü 2 məşqlə yekunlaşdırıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.
Günə qapıya zərbələrlə yekun vurulub. Pavol Farkaş zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bərpa prosesi keçən Ekiqo Ehiosun isə fərdi qaçışla kifayətlənib.