
"Zirə"nin futbolçusu Dmitrios Çantakias zədələnib.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.
Onun yerinə 77-ci dəqiqədə meydana Cəlal Hüseynov daxil olub.
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və hesab bərabərdir - 1:1.