"Qarabağ"dan ayrılan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Legiya" klubunda qazanacağı məbləğ və müqaviləsinin müddəti açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.
O, 24 yaşlı hücumçunun 3 illik müqavilə imzalayacağını və illik 450 min avro maaş alacağını bildirib.
Agilera bu keçidin qarşıdakı günlərdə rəsmən açıqlanacağını vurğulayıb.
Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Forvard Premyer Liqada 18 qolla bombardirlik yarışında ikinci olub.