
Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Mixeil Ergemlidzeni transfer edib. 22 yaşlı forvardla 3 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Gürcüstanda Tbilisi "Dinamo"sunun yetirməsi olan Ergemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, “Çixura”, “Qaqra” və Türkiyənin “Adana Demirspor” klublarında da çıxış edib.