"Neftçi" Finlandiyada HİK-ə qarşı keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda dəstəksiz qalmayacaq.
Sportnet.az xəbər verir ki, komandanı 50-ə yaxın azarkeş dəstəkləyəcək. Onların arasında Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov da var.
Səfir komandaya dəstək olacaqlarını və yaxşı nəticəyə ümid etdiyini bildirib. O, "Neftçi"nin böyük klub olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, bu gün "Bolt Arena"da keçiriləcək "HİK"-"Neftçi" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.