Futbol üzrə Azərbaycan I Divizionda VI tura yekun vuruldu.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə “Qaradağ Lökbatan” səfərdə "Zirə-2"ni, MOİK isə evdə "Qəbələ-2"ni 3 cavabsız qolla üstələyib.
“Turan Tovuz” isə “Sumqayıt-2”ni 2:0 hesabı ilə üstələyib.
3 noyabr (çərşənbə)
“Zirə-2” 0–3 “Qaradağ Lökbatan”
(Ceyhun Muxtarlı, 28; Sərxan Abdullayev, 56; Sabir Allahquliyev, 72)
MOİK 3–0 “Qəbələ-2”
(Rafael Qavami, 2; Samir Alıyev, 44; İlham Allahverdiyev, 52)
“Turan Tovuz” 2–0 “Sumqayıt-2”
(Elçin Qasımov, 49; Rövşən Şahmuradov, 67)
2 noyabr (çərşənbə axşamı)
“Keşlə-2” 0–0 “Kəpəz”
“Zaqatala” 1–1 “Sabah-2”
(Rəhman Şabanov, 45+3 // Samir Məhərrəmli, 34)
“Səbail-2” 1–1 “Qarabağ-2”
(Elvin Sərkarov, 71 // Nurlan Şabanov, 30)