Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” klubunun şikayətini rədd edib.
Sportnet.az-ın məlumatına görə, qurum Gəncə təmsilçisinin apellyasiya şikayətini təmin etməyib.
AFFA İntizam Komitəsinin oktyabrın 14-də “Kəpəz”in U-17 komandasının oyunçusu Nihad Qəribov barədə verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, U-17 Liqasının “Kəpəz” – “Qəbələ” matçının son dəqiqəsində hakimi təhqir edən Nihad Qəribov 4 oyunluq cəza alıb.