Andrey Şevçenko İtaliyanın "Cenoa" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytının Ukrayna bayrağı ilə paylaşımını Şevçenko repost edib. Bununla da 45 yaşlı mütəxəssis məhz onun təyinatından söhbət getdiyini təsdiqləyib.
Daha əvvəl ukraynalı baş məşqçinin 2024-cü ilədək müqavilə bağlayacağı bildirilib. Şevçenko yeni komandasında ildə 2 milyon avro və bonuslar qazanacaq. Onun köməkçisi Mauro Tassotti olacaq.
Qeyd edək ki, Andrey Şevçenko AVRO-2020-dən sonra Ukrayna millisinin baş məşqçi postunu tərk edib.