Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər 3 qol ikinci hissədə vurulub. 65-ci dəqiqədə Ülvi İsgəndərov "qırmızı-qaralar"ı önə keçirib. Cəmi 2 dəqiqə sonra Rafael Utziq qonaqları növbəti dəfə cəzalandırıb. 80-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Höccət Haqverdi buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin bundan 4 dəqiqə sonra "Sumqayıt" azlıqda qalıb. Komandanın kapitanı Vurğun Hüseynov rəqibin hücumunun qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, "Qəbələ" bu qalibiyyət sayəsində xallarını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. 11 xalı olan "Sumqayıt" isə 6-cı sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki 3 oyununda "Qarabağ" "Keşlə"yə 1:0, "Zirə" "Səbail"ə 3:1, "Sabah" isə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.
------------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Sumqayıt" arasında olacaq. Hazırda əyalət klubu 18 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi isə 11 xalla 6-cı pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında 36 dəfə üz-üzə gəliblər. Bunların 20-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 11 görüşdə qalib müəyyənlkəşməyib. Topların nisbətində də "qırmızı-qaralar"ın böyük üstünlüyü var - 56:27.
“Sumqayıt” son 4 matçdan yalnız birində qol vurub. “Qəbələ” isə son 3 ev oyununda uduzmayıb.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" evdə "Keşlə"yə minimal hesabla qalib gəlib - 1:0. Ötən gün oynanılmış qarşılaşmalarda isə "Zirə" doğma meydanda "Səbail"i 3:1, "Sabah" isə səfərdə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.
Azərbaycan Premyer Liqası
XI tur
21 noyabr (bazar)
16:00. “Qəbələ” – “Sumqayıt” - 2:1
Qollar: Ülvi İsgəndərov, 65. Rafael Utziq, 67 - Höccət Haqverdi, 80
Qırmızı vərəqə: Vurğun Hüseynov, 84 ("Sumqayıt")
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu,