İspaniyada "Vilyarreal" və İngiltərənin "Mançester Yunayted" komandaları arasındakı UEFA Çempionlar Liqasının qrup oyunu gec başlayıb.
Sportnet.az-ın məlumatına görə, buna almaniyalı FIFA referisi Feliks Brixin başçılıq etdiyi hakimlər briqadasının əlaqə sistemindəki texniki problem səbəb olub.
Nəticədə görüş nəzərdə tutulan vaxtdan 8 dəqiqə gec - Bakı vaxtı ilə saat 21:53-də start götürüb.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.