Ukraynada Kiyev "Dinamo"su ilə Almaniya "Bavariya"sı arasında keçirilən UEFA Çempionlar Liqasının qrup matçının startı xoşagəlməz hadisə ilə yadda qalıb.
Sportnet.az-ın məlumatına görə, görüşün əvvəlində meydana yarıçılpaq azarkeş daxil olub. Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal həmin fanatı meydandan kənarlaşdırıblar.
Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və qonaqlar Robert Levandovskinin 14-cü dəqiqədə vurduğu qolla hesabda irəlidədir - 1:0.