UEFA Avropa Liqasının qrup mərhələsində V tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
C qrupunda Rusiyanın "Spartak" (Moskva) klubu İtaliya "Napoli"sini qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab erkən qolla açılıb. Moskva təmsilçisinin heyətində Aleksandr Sobolev 3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 24 yaşlı hücumçu 28-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. 64-cü dəqiqədə qonaqlar Elif Elmasın qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Spartak" liderliyə yüksəlib. Eyni xala malik "Napoli" isə 2-ci pilləyə geriləyib.
Qeyd edək ki, bu qrupun digər oyununda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İngiltərədə "Lester"in qonağı olacaq. Noyabrın 26-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Varşava klubu 6 xalla 3-cüdür. 5 xalı olan Premyer Liqa təmsilçisi isə sonuncudur.
---------------------------------------------------
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma oynanılacaq.
C qrupunda Rusiyanın "Spartak" (Moskva) klubu İtaliya "Napoli"sini qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Moskva klubu 4 oyundan sonra 4 xalla qrupun autsayderidir. Qonaqlar isə 7 xalla liderdir.
UEFA Avropa Liqası
V tur
19:30. "Spartak" (Moskva, Rusiya) - "Napoli" (İtaliya) - 2:1
Qollar: Aleksandr Sobolyov, 3 (pen.); 28 - Elif Elmas, 64
Moskva, "Spartak" stadionu.
Xal durumu: "Spartak" - 7. "Napoli" - 7. "Legiya" - 6. "Lester" - 5.
Qeyd edək ki, V turun digər matçları 25 - 26 noyabrda gerçəkləşəcək.