İraq millisinin baş məşqçisi Dik Advokat istefa verib.
Sportnet.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən ayrılıb.
74 yaşlı baş məşqçini köməkçisi Jelko Petroviç əvəzləyib.
Qeyd edək ki, Dik Advokat bu ilin iyununda İraq millisinin sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçirdiyi 6 oyunda cəmi 4 xal toplaya bilib.