Portuqaliya və Nigeriya milliləri arasındakı yoldaşlıq oyununun başlamasına bir neçə dəqiqə qalmış 77 yaşlı kişi ürəktutmasından vəfat edib.
Sportnet.az UOL-a istinadən xəbər verir ki, hadisə qarşılaşmanın keçirildiyi Leyriya şəhərindəki "Doktor Maqalyaynş Pesoa" stadionunda qeydə alınıb.
Həkimlər fanata dərhal tibbi yardım göstərərək onu Leyriyadakı "Santu-Andre" xəstəxanasına çatdırsalar da, orada onun ölüm faktı təsdiqlənib. Portuqaliya Futbol Federasiyası hadisə ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, Portuqaliya Nigeriya seçməsinə 2:1 hesabı ilə qalib gəlib.
















































































