İsveçrə yığmasının baş məşqçisi Murat Yakın Şimali İrlandiya millisinə 9,3 kq şokolad göndərib.
Sportnet.az-ın məlumatına görə, 47 yaşlı türk əsilli mütəxəssis 2022-ci il dünya çempionatının son seçmə qrup oyununda İtaliya ilə qolsuz heç-heçə etdiyi üçün komandaya təşəkkürünü bildirib.
Qarşılaşmanın nəticəsi İsveçrənin birbaşa DÇ-2022-nin final mərhələsində iştirakını təmin edib. İtaliya isə martda pley-offda mübarizə aparacaq.
We kept our word, @NorthernIreland ???? A sweet Thank You is on its way! #sweetcaroline #sweetchocolate
— ???????? Nati (@nati_sfv_asf) November 24, 2021
???????????? @ChocolatCailler #natimiteuch #lanatiavecvous #lanaticonvoi pic.twitter.com/fAPUuHmrTf