AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Mehtiyeva qadınlardan ibarət Bolqarıstan və Serbiya yığmaları arasında dünya çempionatının seçmə oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 30-da Plovdivdə oynanılacaq.