Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu gün istefa vermiş Jelko Kopiçlə vidalaşıb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.
Emreli Kopiçlə olan fotosunu yayımlayıb və ona hər şey üçün təşəkkür etdiyini bildirib.
Qeyd edək ki. Jelko Kopiç 2021-ci ilin dekabrından komandanın baş məşqçisi olub. Son ölkə çempionu ötən gün IX turdan təxirə salınmış oyunda "Hayduk"a 0:1 hesabı ilə uduzub. Baş məşqçi matçdan sonra mətbuat konfransına qatılmayıb. Onu Ante Çaçiç əvəzləyib.