"Qəbələ"nin futbolçusu Fernan Lopes zədələnib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda xəsarət alıb.
İspaniyalı oyunçu 42-ci dəqiqədə Ülvi İsgəndərovla əvəzlənib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb və "Qarabağ" 4:0 hesabı ilə öndədir. Ağdam təmsilçisi ilk matçda 3:1 hesablı qələbə qazanıb.