Azərbaycan Premyer Liqasının XXV turunda çempionluğu təmin edən “Qarabağ”ın evdəki qələbə seriyası qırılıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Sabah"la 1:1 hesablı heç-heçə edən Ağdam təmsilçisi mövsümdə ilk dəfə öz meydanında xal itirib.
"Köhlən atlar" evdə sonuncu xal itkisi ilə 364 gün öncə - 2021-ci ildə mayın 4-də üzləşib. Həmin vaxt “Zirə” ilə görüş 1:1 hesabı ilə başa çatıb. Ötən mövsümün son ev oyununda “Keşlə”ni (indiki “Şamaxı”) iki cavabsız qolla yenən komanda ümumilikdə ardıcıl 11 ev qələbəsi qazanıb.