"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında 150-ci dəfə əyalət təmsilçisinin formasını geyinib.
Sportnet.az xəbər verir ki, kapitanın yubileyi XXV turun “Zirə” ilə görüşündə gerçəkləşib. 90 dəqiqə meydanda olan futbolçu 3:0 hesablı qələbəyə sevinib.
36 yaşlı oyunçu “Qəbələ”də 2006/2007 mövsümündə debüt edib. 8 illik fasilədən sonra 2015-ci ilin yayında "qırmızı-qaralar"a dönən oyunçu indiyədək 150 çempionat matçında 13 qola imza atıb.
O, komandanın Premyer Liqada ən çox oyun keçirən futbolçuları arasında yalnız Urfan Abbasovdan (200) geri qalır.