
"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinə dəvət alıb.
Sportnet.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Rumıniya, Finlandiya və Bosniya və Herseqovinaya qarşı UEFA Millətlər Liqasının qrup oyunları üçün yığmaya cəlb olunub.
Qeyd edək ki, Monteneqro seçməsi iyunun 4-də Rumıniyanı qəbul edəcək. İyunun 7-də Finlandiyanın qonağı olacaq komanda 4 gün sonra Podqoritsada Bosniya və Herseqovinanı sınağa çəkəcək.